Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Ən xəsis bürclər - SİYAHI

Xəsis olmaq xoşagəlməz bir xüsusiyyətdir. Ancaq bəzi insanlar pula çox dəyər verir və onu xərcləmək istəmirlər. Onlar üçün pul qazanmaq və onu xərcləməmək vacibdir.

Bu insanlardan hər şey istəyin, bircə puldan başqa…

Mynews.az mütəxəssis astroloqların araşdırmalarına əsaslanaraq ən xəsis 4 bürcü təqdim edir:

Oğlaq

Oğlaqlar iddialı və çalışqan təbiətləri ilə hər zaman diqqət çəkirlər. Onlar pul qazanmağı sevirlər. Ancaq pul xərcləməyə gəlincə, oğlaqlardan bu performansı gözləmək olmaz. Çünki onlar ümumiyyətlə pul xərcləməyi sevmirlər.

Materialist oğlaqların ən böyük fobiyası pul xərcləməkdir. Onlardan hər şey istəyin, amma heç vaxt pul istəməyin. Xüsusilə borc götürməyin. Oğlaqlar pul xərcləmək üçün deyil, qənaət etmək üçün qazanırlar. Bu səbəbdən ondan səxavətli davranış gözləmək düzgün olmazdı.

Əqrəb

Əqrəb bürcü adətən keginə düşkündür. Bu səbəbdən pul xərcləməyi sevdiklərini düşünmək olar. Lakin bu, belə deyil. Əqrəblər ödəməyi deyil, ödətməyi sevirlər. Hesab verilən zaman bir addım geri qalmağı seçirlər. Əqrəb bürcü adətən qənaətlə fəxr edir.

Onların israfçılıqla məşğul olduqlarını görə bilməzsiniz. Əqrəb bürcləri işləməyi, dayanmadan işləməyi sevir. Bununla belə, qazandığı pulu xərcləmir.

Qız

Qızlar həmişə mükəmməllik istəyirlər. Standartları yüksək olan qız bürcləri istədiklərini əldə etmək üçün yorulmadan çalışırlar. Qızlar işləməyi və pul qazanmağı sevirlər. Bununla belə, pul xərcləməyə gəlincə, ortada qız bürcünü görmürsünüz.

Qızlar yalnız ehtiyaclarına uyğun xərcləyirlər. Hər qəpiyi sayan qızlar adətən çox xəsis olurlar. Həm də çox qənaətcil olan qızlar, pullarını yığır və bundan böyük həzz alırlar

Xərçəng

Xərçənglər həmişə evdə vaxt keçirmək istəyirlər. Evcil olduqları üçün sosiallaşmaq onlar üçün deyil. Xərçəngin daim evdə olmaq istəməsinin səbəblərindən biri də pul xərcləməmələri ola bilər. Xərçəng bürcü adətən biznesdə çox uğurlu olur və yaxşı pul qazanır.

O, pul xərcləməkdə hər zaman bir addım geri qalır. Onlar pullarını son qəpiyinə kimi saxlayırlar. Xərçənglər bu səbəbdən xəsis olaraq tanınırlar. 

 

///publika.az

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...