Milli Hidrometeorologiya Xidmətinin iyunun 21-i saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb, ayrı-ayrı yerlərdə intensiv və güclü olub.
Xidmətdən Mynews.az-a verilən xəbərə görə, iyunun 21-i səhər saatlarında Abşeron yarımadasının bəzi yerlərində qısamüddətli yağış yağıb.
Düşən yağıntının miqdarı Qaxda 56, Balakəndə 30, Qusarda 27, Zaqatalada 21, Gədəbəydə 22, Daşkəsəndə 19, Göygöldə 13, Şərurda 11, Astarada 10, Ağdamda 9, Tovuz, Lənkəranda 8, Tərtər, Quba, Xaltan, Lerik, Naftalan, Şahbuz, Ağstafa, Şəki, Şahdağ, Zərdab,Yardımlı, İmişli, Bərdə, Sabirabad, Ordubad, Ceyrançöl, Qrız, Mingəçevir, Yevlax, Naxçıvan, Qəbələ, Göyçay, Beyləqan, Şəmkir, Gəncədə 1-7 mm-dək olub.
Yağan leysan yağışlar nəticəsində Balakən rayonu ərazisindən axan Katexçay, Zaqatala rayonu ərazisindən axan Talaçay və Qax rayonu ərazisindən axan Kürmükçaydan qısamüddətli sel keçib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub