Qoç - mənası olmayan riskli addımlar ataraq qüvvənizi olduğundan artıq dəyərləndirməyin. İşdə hansı prinsiplərə riayət etməklə bağlı mübahisələrin yaranması, iş yoldaşları və ya tərəfdaşlarınızla fikir ayrılıqlarının yaşanması istisna deyil.
Buğa - ailənizin bundan sonrakı yaşamında əks olunacaq qərar verə bilərsiniz. Narahat və təlaşlı olacaqsınız. Lakin ən mühüm, məsuliyyətli anlarda diqqətli olun, fikrinizi bir yerə cəmləyin və gərəkli qərarı verin, lazımi addımı atın.
Əkizlər - qarşınıza qoyduğunuz məqsədlərə çatmağa, sizi narahat edən suallara cavab tapmağa çalışın. Yeni işə başlamaq olar. Lakin bilin ki, yardım və köməyinə bel bağladığınız insanlar sizi dəstəkləməyə bilərlər.
Xərçəng - maliyyə məsələlərinin həllində ehtiyatlı olun. İmkanlarınızı mövcud reallıqdan kənar müstəvidə dəyərləndirməyin. İdmanla məşğul olmaq, aktiv istirahət üçün pis gün deyil.
Şir - yeni tanışlıqlara nail olmaq istəyirsinizsə, təşəbbüskarlıq edin. Sizinlə tanış olmaq istəyən adam tapılacaq. Davranışınızı rəvan və təmkinli edin.
Qız - insanlar barədə onların gerçək hallarından artıq fikirlərdə olmayın. Belədə olmayan yerdə öz məqsədinizi görə bilərsiniz. Düşünülməmiş addımlar atmayın, emosional qərarlar verməyin.
Tərəzi - qətiyyətiniz, inadkarlığızın və ən başlıcası - yaxşı işiniz ətrafdakılarda rəğbət hissi yaradacaq. Çətin vəziyyətə düşsəniz, yardım istəməkdən çəkinməyin.
Əqrəb - gün müsbət təmayüllərin güclənməsi ilə başlanacaq. Bir qədər əvvəl yaranmış problemlər uğurla həll ediləcək. Yeni dostlar və müttəfiqləriniz olacaq.
Oxatan - yeni təkliflər ala bilərsiniz. Gərəkli məlumatı və ya lazımi informasiyanı vaxtında əldə edin. Nüfuzunuzu qoruyun.
Oğlaq - ailə üzvləri, yaxınlarınızla asanlıqla ümumi dil tapırsınız. Bu zaman düşündüyünüzü deyin, səmimi olun. İkinci dərəcəli məsələləri mühüm işdən, əsas məqsəddən ayırın.
Dolça - nüfuzlu şəxsdən, o cümlədən çoxdan dəstəyini və ya himayəsini almağa nail olmağa çalışdığınız adamdan cavab ala bilərsiniz.
Balıqlar - məhsuldar və aktiv iş üçün əlverişli gündür. Səylərinizlə zəhmətinizin nəticələri özlərini çox gözlətməyəcək. Yeni layihəyə və ya işə başlamaq olar. Bununla belə, adət etdiyiniz, alışdığınız iş də sizə cansıxıcı, üzücü təsir bağışlamayacaq.