Ölkə ərazisində müşahidə olunan dumanlı hava şəraitinin martın 14-dək fasilələrlə davam edəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, martın 11-i saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində dumanlı hava şəraiti davam edir.
Hazırda Bakıda və Abşeron yarımadasında, eyni zamanda Quba, Cəfərxan, Hacıqabul, Neftçala, Biləsuvar, Astara, Naftalan, Şəmkir, Şabran, Bərdə, Yexlax, Zərdab, Beyləqan, İmişli, Sabirabad və Ağdamda duman müşahidə olunur. Dumanda görünüş 50-500 metrədək məhdudlaşır.
Dumanın səbəbləri barədə Lənkəran Dövlət Universitetinin “Coğrafiya və onun tədrisi metodikası” kafedrasının baş müəllimi Cavidan Əliyev bildirib.
Onun sözlərinə görə, son günlər müşahidə olunan dumanlı havaya səbəb Azərbaycana Xəzər dənizi istiqamətindən isti və rütubətli hava daxil olmasıdır:
“Qış fəslindən yeni çıxdığımız üçün yer səthi də hazırda soyuqdur. İsti və rütubətli hava soyuqla birlşdikdə kondensasiyaya uğrayır. Hazırda isti hava yüksəlir, aşağı yerlərdə isə soyuq qalır. Fikir versəniz, indi bir sıra dağlıq rayonlarda temperatur da bizdən daha istidir”.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub