Bakıda və Abşeron yarımadasında aprelin 1-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən Mynews.az-a verilən məlumatına əsasən mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 10-15° isti, gündüz 20-25° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 50-55 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağıntılı olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 7-12° isti,gündüz 22-27° isti, dağlarda gecə 3-8° isti, gündüz 13-18° isti olacaq.
1
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
380 dəfə oxunub
2
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
348 dəfə oxunub
3
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
346 dəfə oxunub
4
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
332 dəfə oxunub
5
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir
322 dəfə oxunub