Bakıda və Abşeron yarımadasında aprelin 22-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən Mynews.az-a verilən məlumata görə, səhər yarımadanın bəzi ərazilərində qısamüddətli az çiskinli olacağı ehtimalı var.
Cənub-şərq küləyi əsəcək, axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturunun gecə 10-13, gündüz 20-24 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 761 mm civə sütunu, nisbi rütubət isə gecə 65-70 %, gündüz 50-60 % təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qısa müddətə intensivləşəcəyi, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 9-12, gündüz 22-27, dağlarda gecə 0-5, gündüz 12-17 dərəcə isti olacağı gözlənilir.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub