Aprelin 29-u saat 9:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Mynews.az-a verilə xəbərə görə, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib. Arabir şimşək çaxıb, yağış yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv olub.
Dağlıq ərazilərdə - Kəlbəcər, Laçın, Qubadlı, Zaqatala (Əlibəy), Lerik, Altıağac, Xınalıq və Oğuzda (Başdaşağıl) qar yağıb.
Düşən yağıntının miqdarı Astarada 22, Qaxda 20, Qəbələ və Şəkidə 16, Zərdabda 9, Gəncədə 8, Balakəndə 7, Yardımlıda 6, Lənkəran, Göyçay, Sabirabad, Mingəçevir, eyni zamanda Bakıda və Abşeron yarımadasında 5, Cəfərxan, Gədəbəy, Daşkəsən, Şamaxı, Qobustan, İsmayıllı, Qusar, Xaltan, Tovuz, Kürdəmir, Göygöl, İmişli, Cəlilabad, Ağsu, Şəmkir, Beyləqan, Şuşa, Xocalı, Xankəndi, Füzuli və Ceyrançöldə 3 mm-dək təşkil edib.
Bəzi ərazilərdə qərb küləyi əsir, küləyin maksimal sürəti Goranboyda 27 m/s, Naftalanda 23 m/s, Culfada 22 m/s, Neftçalada 20 m/s, Şirvanda 19 m/s, Ağdam, Gəncə,Tərtər və Beyləqanda 18 m/s, Bərdə və Şahdağda 16 m/s, Balakəndə 15 m/s-dək güclənib.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 8, Naxçıvan MR-da 11, Aran rayonlarında 9, dağlıq rayonlarda 3 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə isə 5 dərəcəyədək şaxta qeydə alınıb.
1
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
380 dəfə oxunub
2
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
348 dəfə oxunub
3
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
346 dəfə oxunub
4
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
332 dəfə oxunub
5
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir
322 dəfə oxunub