Milli Hidrometeorologiya Xidmətinin mayın 4-ü saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisinin əksər yerlərində küləkli və yağışlı hava şəraiti davam edir, bəzi yerlərdə yağıntılar leysan xarakterli intensiv olub.
Mynews.az xəbər verir ki, düşən yağıntının miqdarı Qubada 17, Ağdamda 16, Xınalıqda 15, İsmayıllı, Naxçıvan, Xaltan və Şahdağda 14, Göyçayda 12, Culfa, Şabran, Şahbuz, Qəbələ və Şabranda 10, Şamaxıda 6, Xaçmaz, Bərdə, Tərtər, Zərdab, Altıağac, Astara, Naftalan, Qusar, Oğuz, Yardımlı, Gədəbəy, Mingəçevir, Kürdəmir, Lerik, Şərur, Goranboy, Yevlax, Beyləqan, Göygöl, Gəncə, Şəki, Ordubad, Daşkəsən, Biləsuvar, Lənkəran, Şəmkir, Zaqatala, Ceyrançöl, Cəlilabad, Qobustan və Neftçalada 5 mm-dir.
Mayın 3-ü saat 23:25 radələrində Şahbuza diametri 5 mm, mayın 4-ü saat 00:10 radələrində isə Naxçıvana diametri 21 mm olan dolu düşüb.
Bir sıra ərazilərdə qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında, eyni zamanda Altıağac və Neftçalada 20, Culfada 19, Gəncədə 18 m/s-dək güclənir.
Sumqayıt, Daşkəsən, Göygöl, Gəncə, Naftalan, Şəmkir, Şamaxı, Qrız, Şəki, Qəbələ, Qusar, Qobustan, Göyçay, Zərdab, Şərur, Qax və Lerikdə duman müşahidə olunur, dumanda görünüş 500 metrədək məhdudlaşır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub