Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Mynews.az-a verilən məlumata əsasən, ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti müşahidə olunur, bəzi yerlərdə yağıntılar leysan xarakterlidir.
Düşən yağıntının miqdarı Qaxda 54 (aylıq normanın 43 %-i), Zaqatalada 48 (aylıq normanın 38 %-i), Balakəndə 45 (aylıq normanın 36%-i), Bakıda və Abşeron yarımadasında 13 (aylıq normanın 66%-i), Gəncədə 12 (aylıq normanın 28 %-i), Gədəbəy, Daşkəsən, Cəlilabad, Lerik, Şəmkir, Yardımlı, Lənkəran, Astara, Ceyrançöl, Neftçala, Şahdağ, Şahbuz, Göygöl, Şəki, Oğuz, Şamaxı, Tərtər, Mingəçevir, Göyçay, Ağstafa, Naxçıvan, Şərur, Kürdəmir, Beyləqan, Biləsuvar, Ordubad və Sabirabadda 3-9 mm olub.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 14, Aran rayonlarında 15, Naxçıvan MR-də 9, dağlıq rayonlarda isə 7 dərəcəyədək isti qeydə alınıb.
Ölkə ərazisində fasilələrlə müşahidə olunan yağıntılı hava şəraitinin 7-si gündüzdən tədricən kəsiləcəyi, 8-i əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir.
1
Laçında kanat yolunun istifadəyə veriləcəyi tarix açıqlandı
1041 dəfə oxunub
2
Tramp İrana təşəkkür etdi
1036 dəfə oxunub
3
Tanınmış həkim qəfil vəfat etdi
1005 dəfə oxunub
4
“Qalatasaray”ın ulduzu həbs edildi
971 dəfə oxunub
5
İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad etdi - FOTO
954 dəfə oxunub