Mayın 7-si saat 9:00-a olan faktiki hava açıqlanıb.
Bu barədə Mynews.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti davam edib. Bəzi yerlərdə leysan xarakterli intensiv olub. Şahdağa isə arabir qar yağması müşahidə olunub. Düşən yağıntının miqdarı İsmayıllıda 55 (aylıq normanın 46 %-i), Hacıqabulda 54 (aylıq normanın 203 %-i), Qəbələdə 50 (aylıq normanın 42 %-i), Kürdəmirdə 40 (aylıq normanın 105 %-i), Qobustanda 33 (aylıq normanın 64 %-i), Şamaxıda 26 (aylıq normanın 37 %-i), Şəkidə 25 (aylıq normanın 24 %-i), Oğuzda 21 (aylıq normanın 20 %-i), Qrızda 21 (aylıq normanın 25 %-i), Göyçayda 20 (aylıq normanın 32 %-i), Xaltanda 20 (aylıq normanın 23 %-i), Ağsu, Qusar, Altıağacda 13, İmişli, Qaxda 12, Bakıda və Abşeron yarımadasında 9 (aylıq normanın 45 %-i), Gədəbəy, Şahbuzda 10, Quba, Culfa, Lənkəran, Zərdab, Cəlilabad, Şabran, Sabirabad, Zaqatala, Yardımlı, Daşkəsən, Astara, Şərur, Lerik, Biləsuvar, Yevlax, Ağdam, Sədərək, Kəlbəcər, Laçın, Şuşa, Ordubad, Göygöl, Balakən, Tərtər, Bərdə, Mingəçevir və Naxçıvanda 1-7 mm-dək təşkil edir.
Mayın 6-da saat 19:52-19:56 radələrində Kəlbəcər rayonuna diametri 8 mm olan dolu düşüb.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında, o cümlədən Aran rayonlarında 16, Naxçıvan MR-da 12, dağlıq rayonlarda isə 7 dərəcəyədək isti qeydə alınıb.
1
Laçında kanat yolunun istifadəyə veriləcəyi tarix açıqlandı
1041 dəfə oxunub
2
Tramp İrana təşəkkür etdi
1036 dəfə oxunub
3
Tanınmış həkim qəfil vəfat etdi
1005 dəfə oxunub
4
“Qalatasaray”ın ulduzu həbs edildi
971 dəfə oxunub
5
İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad etdi - FOTO
954 dəfə oxunub