Keçən həftə Yer kürəsinin cəmi 430 kilometr yaxınlığından asteroid keçib. Bu məsafə demək olar ki, Beynəlxalq Kosmik Stansiyanın orbitinə bərabərdir.
Mynews.az xarici mediaya istinadən xəbər verir ki, "2025 TF" adlı bu asteroid 1 oktyabrda Antarktika üzərindən keçərək qeydiyyata alınan ən yaxın ikinci keçid kimi tarixə düşüb.
Alimlər bildiriblər ki, asteroidin Yerə çırpılması halında ciddi təhlükə yaranmayacaqdı, çünki onun diametri cəmi 1–3 metr olub. Bu cür toqquşma yalnız parlaq bir "atəş topu" effekti yaradardı. Maraq doğuran məqam isə odur ki, asteroidin varlığı onun keçidindən bir neçə saat sonra aşkar edilib.
NASA hesablamalarına görə, "2025 TF" 2087-ci ildə yenidən Yerə yaxın məsafədən keçəcək, lakin bu dəfə çox uzaq - təxminən 8 milyon kilometr məsafədən.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub