Bakıda və Abşeron yarımadasında dekabrın 5-də arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli olacağı gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.
Milli Hidrometeorologiya Xidmətindən Mynews.az-a verilən məlumata əsasən, havanın temperaturu gecə 8-10, gündüz 11-14 dərəcə isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunu, nisbi rütubət isə 80-90 % təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Əsasən şərq rayonlarında leysan xarakterli olacağı ehtimalı var. Səhər yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 5-10, gündüz 14-17 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti olacaq.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub