Dekabrın 11-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Mynews.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gecə yarımadanın ayrı-ayrı yerlərində yağışın leysan xarakterli olacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 6-9, gündüz 10-12 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 761 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 80-90%, gündüz 70-75% təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının leysan xarakterli olacağı ehtimalı var. Səhər yağıntılar tədricən kəsiləcək. Gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcək. bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 3-7, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 4-8 dərəcə isti olacaq.
1
Qətərdə fövqəladə vəziyyət elan edildi
1339 dəfə oxunub
2
İlham Əliyev İran səfirliyinə gedib başsağlığı verdi
1337 dəfə oxunub
3
"TəhsilPlus" kartı 450 min təhsil işçisinə veriləcək
1331 dəfə oxunub
4
İrandan atılan ballistik raket Türkiyə hava məkanında zərərsizləşdirilib
1323 dəfə oxunub
5
Dron məktəbin yaxınlığına belə düşüb - Həmin anın videosu
1289 dəfə oxunub