Fevralın 4-ü saat 9:00-a olan məlumata əsasən, hazırda ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.
Mynews.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, dağlıq ərazilərə - Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Lerik, Quba və Qaxa (Sarıbaş) qar, əksər bölgələrə isə yağış yağır.
Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 28, Goranboyda 23, Bərdə və Naftalanda 21, Gəncədə 20, Şəki və Mingəçevirdə 18, Şəmkir və Tərtərdə 16, Culfa və Yevlaxda 15 m/s-dək güclənir.
Dənizdə dalğanın hündürlüyü 3.8 metrdir.
Daşkəsən, İsmayıllı, Şamaxı, Qobustan, Quba, Qusar, Qrız, Şahdağ, Göyçay, Lerik, Astara, Sabirabadda duman müşahidə olunur, görünüş məsafəsi 300 metrədək məhdudlaşır.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub