Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Mynews.Az-a verilən məlumatına görə, Bakıda və Abşeron yarımadasında yanvarın 31-də hava şəraitinin arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 0-3 dərəcə şaxta, gündüz 1-3 dərəcə isti, Bakıda gecə 1-3 dərəcə şaxta, gündüz 1-3 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunundan 771 mm civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz təşkil edəcək.
Gecə və səhər yolların buz bağlama ehtimalı var.
Azərbaycanın rayonlarında
Yanvarın 31-də hava şəraitinin arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 1-6 dərəcə şaxta, gündüz 1-5 dərəcə isti, dağlarda gecə 15-20, gündüz 5-10 dərəcə şaxta olacaq. Yollar buz bağlayacaq.
Tibbi-meteoroloji proqnoz
Yanvarın 31-i, fevralın 01-də Abşeron yarımadasında xəzri küləyi və yağıntılı hava şəraiti fonunda soyuq temperatur diskomfortu meteohəssas insanlar üçün çox əlverişsizdir.
Xəbərdarlıq
Bakıda və Abşeron yarımadasında yanvarın 31-dən fevralın 02-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə arabir intensivləşəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın minimal temperaturu 1-5 dərəcə şaxta təşkil edəcək. Yolların buz bağlama ehtimalı var.
Azərbaycanın rayonlarında fevralın 02-si gündüzədək qeyri-sabit hava şəraitinin davam edəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Yollar buz bağlayacaq.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub