ABŞ-ın Milli Aviasiya və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) alimləri və Avropa Kosmik Agentliyinin (ESA) əməkdaşlarından ibarət qrup Yerə çox bənzəyən Gliese 1132b adlı ekzoplanet aşkarlayıblar.
Mynews.az milli.az-a istinadən bildirir ki, yeni ekzoplanetin atmosferinin tərkibi dəqiq bəlli olmasa da, alimlər planetdə su buxarının və metanın olduğunu güman edirlər. Gliese 1132b planeti Vela ulduz topasında, Yerdən 39 işıq ili məsafəsindədir. Ekzoplanetin diametri Yerdən 20 faiz, kütləsi isə 1,6 dəfə artıqdır. Yeni ekzoplanetin səthindəki temperaturun +370 dərəcə olduğu güman edilir. "Bu, başqa planetdə yaşamın aşkarlanması olmasa da, həmin istiqamətdə ciddi addımdır. Gliese 1132b ətrafında atmosferin olması Yerə bənzəyən planetlərdə ilk dəfə ümumiyyətlə, atmosferin tapılmasıdır", - Britaniyadakı Kil Universitetinin professoru Con Sautvort deyib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub