Azərbaycanda aprelin 11-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər bəzi yerlərdə çiskin olacağı, axşam isə yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi saniyədə 6-11 metr, gündüz şərq küləyi saniyədə 5-10 metr təşkil edəcək, arabir saniyədə 12 metrədək güclənəcək.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 5-8° isti, gündüz 12-17° isti, Bakıda gecə 7-9° isti, gündüz 13-15° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 759 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 1-6° isti, gündüz 14-19° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında havanın arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 6-11° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 2-7° isti, gündüz 12-17° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi əsəcək.
Havanın temperaturunun gecə 0-5° isti, gündüz 10-15° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 5-10° isti olacağı gözlənilir.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, duman olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 3-7° isti, gündüz 13-18° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında gecə və səhər çiskinli olacağı, gündüz arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 7-10° isti, gündüz 13-17° isti, dağlarda gecə 2-7° isti, gündüz 10-13° isti olacağı gözlənilir.