Günün qoroskopu işlərin gedişatına xeyirlidir

886
Günün qoroskopu işlərin gedişatına xeyirlidir

Qoç - tərəfdaş və ya iş yoldaşları ilə dərhal, tezlikldə anlaşma əldə etmək çətindir. İndi əsas məsələ yaxın insanları incitməmək, küsdürməməkdir.

Buğa - sakit istirahət, dəyər verdiyiniz insanlarla ünsiyyət üçündür. İnsanların gur olacağı tədbirlərə qatılmayın - yorularsınız. Yeni tanışlıqlar yaratmağa tələsməyin. Layiq olmayan insana dəyər verə bilərsiniz.

Əkizlər - yaxın ətrafınızdakı insanlarla münasibətlər rəvan olmayacaq. Hətta əvvəllər əla münasibətlərinizin olduğu insanlarla ünsiyyətdə sərinlik yarana bilər.

Xərçəng - emosional olmayın, tələsik qərarlar verməyin. Kiçik anlaşılmazlıqlar təlaş və narahatlıq üçün yetərli səbəb olmamalıdır. Xırda işlərə görə inciməyin, hirslənməyin.

Şir - emosional baxımdan zəngin gün olduğundan istənilən məsələnin həlli çətinləşir. Amma stressin öhdəsindən gəlmək çətin olsa da, mümkündür.

Qız - işləri qaydaya salmaq çətin olsa da, mümkündür. Ciddi çalışın, önəmli məsələləri diqqətdən qaçırmayın. Günün ilk yarısı işgüzar məsələlərin həlli, sövdələşmə və anlaşmalar üçün əlverişli deyil.

Tərəzi - dostlardan və ya qohumlardan biri ilə kiçik münaqişə istisna deyil. İfrat dərəcə yorğunluğa imkan verməyin. Belə yorğunluq səhhətinizə pis təsir edərək orqanizminizdə ağrılar yarada bilər.

Əqrəb - mühüm görüş, toplantı da işlərin gedişatına xeyirlidir. Günün ikinci yarısı o qədər də uğurlu sayıla bilməz. Emosional fon stabil deyil, ən xırda və kiçik məsələlərə görə qıcıqlanır, sinirlənirsiniz.

Oxatan - rəvan olmayan gündür. Səhər saatları uğurla başlanacaq. Hər şey istənilən kimi olacaq, başladığınız işlərdə istədiyinizə nail olacaqsınız. Günün ilk yarısı səfər, səyahət, ezamiyyət, yarımçıq qalmış işlərin başa vurulması üçün əlverişidir.

Oğlaq - şəxsi münasibətlər müstəvisində sevdiyiniz insanla dil tapın. Yaşamınızda mühüm rol oynaya biləcək yeni romantik münasibət formalaşa bilər.

Dolça - bədxah və rəqiblər xəbərsiz, süst olarkən siz irəliləyin. Danışıqlarda diplomatcasına, soyuqqanlı davranın. Belə davranışda fayda var.

Balıqlar - uğurlu gündür. Məqsədinizə çatmaq üçün intensiv çalışın. İşgüzar intuisiyanız kəskin olsun. Məhz hissiyatınıza güvənərək doğru qərarları sürətlə qəbul edin.

Xəbər lenti