Bürclər 1 MAY

1063
Bürclər 1 MAY

Qoç - ən müxtəlif işlər üçün uğurlu gündür. Həmfikir və müttəfiqlər tapmaq çətin deyil. Hətta ən cəsarətli ideyalarınız dəstəklənəcək.

Buğa - yaradıcı potensialınız çox yüksəkdir və köhnə problemlərin qeyri-standart həllərini tapacaqsınız. Mənfəətli anlaşmlara nail olmaq, habelə böyük gəlir əldə etmək imkanları var.

Əkizlər - şəxsi həyatda yaxşılığa doğru ciddi irəliləyişlər və yeniliklər istisna deyil. Qəfil hadisələr pozitiv məcradadır. Dostlarla görüş və qonaq qəbulu üçün pis gün deyil.

Xərçəng - yeni işə başlamaq olar. Məqsədə çatmaq üçün optimal yol seçin, bütün mümkün vasitələrdən yararlanmağa çalışın. Uzun səfərlərdən imtina edin, yolda və sükan arxasında ehtiyatlı olun.

Şir - asan və rahat gündür. Bir neçə xoş xəbər alacaqsınız. Köhnə dostlardan ismarıc istisna deyil. Bir zamanlar məhsuldar əməkdaşlıq etdiyiniz şəxslər özlərini xatırlada bilərlər.

Qız - köhnə əlaqələri bərpa etmək olar. İşgüzar əlaqələrin yenidən gündəmə gətirilməsi çətin olacaq. Romantik münasibətlərdə əvvəlki səhvləri təkrarlamayın.

Tərəzi - İstənilən işə həvəslə, maraqla başlasanız, tapşırığın öhdəsindən gələ bilərsiniz. Alış-veriş üçün sərfəli vaxtdır. Xərclədiyiniz pullara heyfiniz gəlməyəcək. Səfər uğurlu alınacaq.

Əqrəb - çoxsaylı kiçik çətinliklər yaranacaq ki, onlar da sizi sinirləndirəcək, qıcıqlandıracaq. Səfər və ya ezamiyyətdən imtina edin, fiziki işləri azaldın.

Oxatan - səhhətinizdə kiçik problemlər olacaq. Başağrısı və yuxusuzluq istisna deyil. Rasionunuza fikir verin, riskli işlərə və avantüralara qatılmayın.

Oğlaq - uğurlu gündür. Fəal və enerjili olun. İşlərin öhdəsindən sürətlə gəlin, ideyalarınızı reallaşdırmaq və planlarınızı həyata keçirmək üçün həmfikirlər tapın.

Dolça - yeni tanışlar sizi bəyənəcəklər. Köhnə tanışlarla ünsiyyətiniz yaxşı olacaq. Maraqlarınızı qoruyanda kimsənin xətrinə dəyməyin, pərişan etməyin. Günün ikinci yarısı o qədər də uğurlu deyil.

Balıqlar - günün ilk yarısı işlərlə şəxsi münasibətlərdə problemlərin həlli üçün yararldır. Ünsiyyət, birgə layihələrin həyata keçirilməsi, müxtəlif görüşlərdə xeyir var.

Xəbər lenti