Fevralın 2-də tanınmış şair, naşir, maarifpərvər ziyalı İlyas Tapdığın anma mərasimi keçirilib.
Mynews.az-ın xəbər verir ki, mərasimdə şairin həyat və yaradıcılığından söz açılıb, onunla bağlı xatirələr söylənilib.
Bildirilib ki, ilk dəfə tələbəlik dövründə “Azərbaycan” jurnalında dərc olunan “Bakının gecəsi” şeiri ilə ədəbiyyata gələn İlyas Tapdığın yaradıcılığına Xalq Şairi Səməd Vurğun böyük qiymət verib.
Diqqətə çatdırılıb ki, görkəmli uşaq şairi Abdulla Şaiqdən sonra Azərbaycan uşaq ədəbiyyatının əvəzsiz yaradıcılarından olan İlyas Tapdıq müxtəlif illərdə televiziya və mətbuat sahəsində bir sıra mühüm vəzifələri icra edib.
Onun uşaq ədəbiyyatına verdiyi töhfələrin bu gün böyük örnək sayıldığı vurğulanıb.
Bildirilib ki, İlyas Tapdığın işıqlı xatirəsi onu sevənlərin qəlbində daim yaşayacaqdır.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub