Nazir müavininin rəhbərliyi ilə nümayəndə heyətinin Gürcüstan səfəri davam edir - FOTOLAR

798
Nazir müavininin rəhbərliyi ilə nümayəndə heyətinin Gürcüstan səfəri davam edir - FOTOLAR
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Gürcüstanın Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyi arasında işçi qrupun Tbilisi şəhərində keçirilən ikinci iclasında iştirak məqsədilə nazir müavini Sevda Məmmədəliyevanın rəhbərliyi ilə nümayəndə heyəti Gürcüstanda səfərdədir.  Mynews.az-ın məlumatına görə, səfər çərçivəsində bir sıra görüşlər keçirilib, mədəniyyət müəssisə və abidələri ziyarət edilib. Nazir müavini Sevda Məmmədəliyevanın rəhbərliyi ilə nümayəndə heyəti Gürcüstan Milli Muzeyini ziyarət edib. Muzeyin direktoru rəhbərlik etdiyi müəssisənin fəaliyyət barədə məlumat verdi və “Gürcüstanın Daş Dövrü” və “Orta Əsrin Xəzinəsi” ekspozisiyaları ilə tanışlıq keçirilib. 
 
Sonra nümayəndə heyəti XlX əsrin ortalarından başlayaraq Qafqazda məskunlaşmış almanların yaşayış məntəqələrinin vaxtilə mövcud olduğu Bolnisi şəhərinə səfər edib və orada yeni tikilmiş muzeydə aparılan tərtibat işləri ilə tanış olub. Burada baş tutan görüşdə muzey sahəsində müvafiq innovasiyaların tətbiqi və bu müəssisələrin cəmiyyətin, xüsusilə gənc nəslin maarifləndirilməsindəki roluna dair fikir mübadiləsi aparılıb.
 
Müzakirələr əsnasında Bolnisidə azərbaycanlıların yaşadıqlarını nəzərə alaraq, həmin muzeydə Azərbaycan mədəniyyətinə aid eksponatların nümayiş etdirilməsinə dair razılıq əldə olunub.
 
Görüş zamanı həmçinin Cənubi Qafqazda alman yaşayış məntəqələrinin salınmasının 200 illik yubileyinin beynəlxalq səviyyədə birgə qeyd olunması imkanları və bu istiqamətdə iki ölkədə mədəniyyət sahəsində müvafiq tədbirlərin təşkili məsələləri müzakirə olunub.
 
Nümayəndə heyəti Dmanisi arxeoloji ərazisini ziyarət edib, abidənin bərpası istiqamətində görülən işlər və gələcək fəaliyyət istiqamətləri ilə tanış olub.

Xəbər lenti