Ötən gün Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Milli Kitabxanasının birgə layihəsi əsasında yaradılan “Açıq kitabxana” layihəsinin elektron xidmətlərinin təqdimatı keçirilib.
Mynews.az xəbər verir ki, 2016-cı ildən kitabsevərlərin ixtiyarına verilən yeni guşə Milli Kitabxananın Rəşid Behbudov küçəsinə baxan hissəsində olan bağçasında fəaliyyət göstərir.
Tədbiri giriş sözü ilə Milli Kitabxananın direktoru Kərim Tahirov açaraq bildirib ki, “Açıq kitabxana”da 24 saat ərzində insanların sərbəst şəkildə kitab mütaliə etməsinə şərait yaradılıb.
Təqdimat mərasimində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev kitaba marağın artırılması istiqamətində layihənin əhəmiyyətini vurğulayıb:
“Ötən il burada 24 saat fəaliyyət göstərən kitab guşəsi insanların istifadəsinə verildi. Bu gün isə bu xidmətlərin genişləndirilməsi, oxuculara göstərilən xidmətin səviyyəsinin daha da artırılması üçün “Açıq kitabxana” layihəsinin saytının təqdimatı keçirilir. Müasir dünyada elektron informasiya sistemləri sürətlə inkişaf edir.
Ölkəmizdə də bu istiqamətdə xidmətlərin günün müasir tələbləri səviyyəsində qurulur. Kitabxanalarımızda pulsuz WiFi şəbəkəsinin genişləndirilməsi üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə müzakirələr aparmışıq. Kitabxanalarımızda elektron xidmətlər daha da genişləndiriləcək”.


1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub