“Respublikanın Xalq artisti Elmira Rəhimovanın həm səsi, həm də özü üçün çox darıxmışdım. Ona baş çəkdim. Məlahətli səs, gözəl ürək sahibi olan Elmira xanım gəlişimə çox sevindi. Xəstəlikdən danışmaq istəməsə də, onu söhbətə tutub səhhəti barədə məlumat əldə etdim. Sən demə, sevimli mügənnimizin nəvəsi də ağır xəstəlikdən əziyyət çəkir”.
Mynews.az xəbər verir ki, bu sözləri sosial şəbəkədə teleaparıcı Hacı Nuran Hüseynov yazıb.
Aparıcı “Həyat” xeyriyyə fondunun eyniadlı layihəsi - ATV-də yayımlanacaq “Həyat” verilişinin sənətkara dəstək olacağını qeyd edib:
“Gəncliyi, yaradıcılığı, gözəl səsi, istedadını öz xalqından əsirgəməyən sənətkarımızın indi bizə, sevgi və dəstəyimizə ehtiyacı var. İnanıram ki, onu sevənlər 999 nömrəsinə SMS göndərməklə Xalq artistinə dəstək olacaqlar. Elmira xanımın özünün səhhəti və nəvəsinin sağlamlıq problemi barədə “Həyat” verilişində ətraflı söz açmağı nəzərdə tutmuşuq”.
Qeyd edək ki, “Tələbə” mahnısı ilə könüllərdə taxt qurmağı bacaran E.Rəhimova illərdir mavi ekranlardan uzaq düşüb. O, jurnalistlərə müsahibə verməkdən mütəmadi olaraq imtina edir.
Xatırladaq ki, H.Nuran Hüseynov bir neçə gün əvvəl ağır xəstəliklə mübarizə aparan Xalq artisti Könül Xasıyeva və azyaşlı oğlunu evində ziyarət edib və onlara fond tərəfindən yardım ediləcəyini bildirib.
Oxu.az
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub