Azərbaycanın elm ictimaiyyətinə ağır itki üz verib.
Mynews.az report.az-a istinadən bildirir ki, Gəncədə təhsil və maarifçilik mühitinin formalaşdırılmasında müstəsna xidmətləri olan pedaqogika üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Respublikasının Əməkdar müəllimi Sabir Bayram oğlu Orucov ömrünün 76-cı ilində vəfat edib.
Sabir Bayram oğlu Orucov 1941-ci ildə Qərbi Azərbaycanın Vedibasar rayonunda anadan olub. 1948-ci ildə azərbaycanlıların Ermənistandan deportasiyası nəticəsində ailəsi ilə birlikdə Samux rayonunun Kolayır kəndində məskunlaşıb. Orta təhsilini Kolayır kənd orta məktəbində (1948-1959), ali təhsilini ADPU-nun ibtidai təhsilin pedaqogikası və metodikası fakültəsində (19591963) alıb. "Böyük Vәtәn müһaribəsi illәrindә mәktәblilәrin vətәnpәrvәrlik tərbiyәsi" mövzusunda dissertasiya müdafiə edərək pedaqoji elmlər namizədi alimlik dərəcəsi alıb. Gəncə Dövlət Universitetinin pedaqogika kafedrasında müəllim, baş müəllim, dosent, müdir, tərbiyəvi işlər üzrə prorektor, məsul katib, pedaqoji fakültənin dekanı vəzifələrində çalışıb. 10 kitab və kitabçanın, metodik tövsiyə və kitabçanın, 100-ə yaxın elmi məqalənin müəllifidir.

1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub