İsveçrənin Montro Biznes Məktəbinin Elmi Şurasının qərarı ilə Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyev həmin universitetin Fəxri Professoru adına layiq görülüb. Eyni zamanda Əhməd Vəliyev İsveçrənin Montro Biznes Məktəbinin Xüsusi Komitəsinin Daimi üzvü seçilərək, həmin ali məktəbdə qərarların qəbul edilməsində iştirak etmək hüququ qazanıb.
Mynews.az-ın məlumatına görə, Fəxri Diplomu təqdim etmək üçün İsveçrədən Andryu Tasunun rəhbərliyi ilə nümayəndə heyəti Azərbaycana səfər edib. Odlar Yurdu Universitetini ziyarət edən qonaqlar İsveçrənin Azərbaycandakı səfirliyinin nümayəndələri ilə birlikdə Fəxri diplomu professor Əhməd Vəliyevə təqdim ediblər. Eyni zamanda Andryu Tasun səfər çərçivəsində ikitərəfli əməkdaşlığa dair Odlar Yurdu Universiteti ilə imzalanan əməkdaşlıq müqaviləsindən razılığını dilə gətirib. O, bildirib ki, riyaziyyat elminin inkişafında, elmi mütəxəssislərin, fəlsəfə və elmlər doktorlarının hazırlanmasında müstəsna xidmətləri olan bir alimə–professor Əhməd Vəliyevə Fəxri Professor adının verilməsi eyni zamanda Azərbaycanın elminə və təhsilinə verilən dəyərin və inamın göstəricisidir.
Daha sonra səfər proqramı qonaqların ali məktəb və Odlar Yurdu Universitetinin nəzdində fəaliyyət göstərən digər qurumlarla tanışlığı ilə davam edib.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub