Azərbaycan Televiziyası, Mədəniyyət kanalı və Azərbaycan radiosunun təşkilatçılığı ilə Ramazan bayramına həsr olunmuş konsert proqramı keçiriləcək.
Mynews.az-ın APA-ya istinadla xəbərinə görə, iyunun 25-də Mərdəkan Mədəniyyət Sarayında keçiriləcək konsert saat 18:00-də başlanacaq.
Konsertdə Xalq artisti Aftandil İsrafilov, Əməkdar artistlər Gülüstan Əliyeva, Almaz Orucova, Təyyar Bayramov, İlkin Əhmədov, ifaçılar Aytən Məhərrəmova, Vəfa Vəzirova, Hüseyn Məlikov, Aşıq Samirə, Azərbaycan Televiziyasının solistləri Mirələm Mirələmov, Kamilə Nəbiyeva, Məmməd Nəcəfov, Almaxanım Əhmədli, Rəvanə Əmiraslanlı, Pərviz Qasımov, “Şirvan” folklor ansamblı və başqaları çıxış edəcəklər.
İfaçıları əməkdar artist Sahib Paşazadənin rəhbərlik etdiyi “Muğam” instrumental ansamblı müşayiət edəcək.
Konsertə giriş sərbəst olacaq.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub