Dünyanın 120 ölkəsində və 30 ildir ki, Fransada ənənəvi olaraq qeyd edilən Musiqi Bayramı yenidənBakıda keçiriləcək.
Mynews.az xəbər verir ki, Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən Metbuat.az-a verilən məlumata görə, peşəkar və professional musiqiçilərin, musiqisevər publikanın küçələrə axışdığı, şən və bayram ab-havasında keçirilən bu Musiqi Bayramı təmənnasız olaraq hər kəs üçün, eləcə də ifa olunma tərzindən asılı olmayaraq bütün musiqi janrlarına açıqdır.
Musiqi tədbirləri iyulun 1-də Azərbaycandakı Fransız İnstitutu, Fransanın Azərbaycandakı səfirliyi, YARAT Müasir İncəsənət Mərkəzi, Paris Bistro, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, "Hard Rock Cafe" və Milli Turizm Təbliğat Bürosunun tərəfdaşlığı ilə Bakının müxtəlif yerlərində keçiriləcək.
Proqram:
16:00 - YARAT Müasir İncəsənət Mərkəzi
Vəfa Qədirova (səs), Taleh Qəhrəmanov (gitara), Aydan Yusupzadə (piano);
Les Gamins.
18:00 - Paris Bistro
Əli İbrahimzadə;
Albina;
Ahmedowsky trio;
Milan Məmmədov.
20:00 - İçərişəhər, YAY Qalereyasının qarşısı
Les Gardiens du Silence;
Todo Band.
22:00 - Hard Rock Cafe
Radio & Video band.
1
Səkinə Sadıxova vəzifəsindən azad edildi
566 dəfə oxunub
2
9-cu sinif şagirdi vəfat etdi - FOTO
555 dəfə oxunub
3
“Qalatasaray”ın qapıçısını fitə basdılar, ağladı - VİDEO
530 dəfə oxunub
4
Pensiyaçılara ŞAD XƏBƏR – Bu tarixdə ödəniləcək
528 dəfə oxunub
5
Hüseyn Çeliki tənqid etdi: "Oxumağın bərbaddır, insan ol"
526 dəfə oxunub