Rusiyanın və Qazaxıstanın tanınmış teatr və kino aktyoru Vladimir Tolokonnikov vəfat edib.
Mynews.az axşam.az-a istinadən xəbər verir ki, bu barədə ilk olaraq Lermontov adına Alma-Ata rus dram teatrından məlumat verilib.
Daha sonra faktı sənətçinin dostları da təsdiqləyiblər. Onlar bildiriblər ki, V. Tolokonnikov bu gecə Moskvada dünyasını dəyişib.
Xatırladaq ki, ötən il 74 yaşlı aktyorun ürəyində şuntlama əməliyyatı aparılıb.
Qeyd edək ki, V.Tolokonnikov 60-dan çox bədii filmə çəkilib. Ona məşhurluq gətirən filmi M.Bulqakovun əsəri əsasında çəkilən "İt ürəyi" ekran əsərində oynadığı obraz olub. V.Tolokonnikov 1973-cü ildən Lermontov adına Alma-Ata Akademik Rus Dram Teatrında çalışır.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub