Gənc rejissor Azər Quliyevin “Pa-Pa” adlı qısametrajlı filmi Qazaxıstanın 13-cü Avrasiya Beynəlxalq Film Festivalının rəsmi müsabiqə proqramında nümayiş olunur.
Mynews.az azertag.az-a istinadən 14 dəqiqəlik film gənc oğlanın yaşadıqlarından bəhs edir. Anası ilə çətin münasibətlər fonunda gənc oğlan yaşadığı evi tərk etmək qərarına gəlir. Uşaqlıqdan atasız böyüyən gəncin bir məqsədi var – ata yurduna getmək və atasının ailəsini tərk etməsinin səbəbini öyrənmək.
Qeyd edək ki, Avrasiya Beynəlxalq Film Festivalı bu gün başa çatacaq.
Məlumat üçün bildirək ki, Azər Quliyev 1997-ci ildə anadan olub. O, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsidir.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub