Müalicə üçün Türkiyəyə aparılan Xalq artisti, tanınmış aktyor Ramiz Əzizbəylinin qızı Xədicə Əzizbəyli atasınnı səhhəti ilə bağlı Yenicag.az-a açıqlama verib.
Mynews.az xəbər verir ki, X.Əzizbəyli “Bilirsiniz ki, atam iflic xəstəliyindən əziyyət çəkir. Onun əl-ayaq hərəkətlərində problemlər yaranıb. Türkiyəyə aparılmasında da məqsəd elə budur ki, əl-ayağı açılsın; atam hərəkət etsin, normal yerisin”, - deyib.
“Anam da yanındadır, mütəmadi əlaqə saxlayırıq. Hələ ki, ciddi irəliləyiş yoxdur. Çünki müalicə kursu tam bitməyib. Atamın müalicə kursu iki ay müddətində başa çatmalıdır. Yalnız iki aydan sonra vəziyyətinin necə olacağı barədə konkret nəsə demək olar. Hər şey Allahın əlindədir”, - deyə o əlavə edib.
Xalq artistinin qızı atasının yalnız müalicə kursu keçəcəyini bildirib: “Atam yalnız terapiya olunur. Əməliyyata icazə vermirlər. Həkimlər deyir ki, bu, onun həyatı üçün təhlükəli ola bilər”.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub