Babək Şirinsifətin “Üçüncü günün adamı” bədii filmi beynəlxalq film festivalına dəvət alıb. Yeni ekran əsərinin beynəlxalq təqdimatı 41-ci Montreal Beynəlxalq Film Festivalında baş tutacaq. Festival 24 avqust-4 sentyabr tarixlərində Kanadada keçiriləcək.
Mynews.az-ın məlumatına görə, bu barədə “Azərbaycanfilm” kinostudiyasından bildirilib.
Qeyd edək ki, Montreal Film Festivalı Şimali Amerikada FIAPF (Kinoprodüserlər Birliklərinin Beynəlxalq Federasiyası) tərəfindən tanınan yeganə müsabiqə film festivalıdır.
“Üçüncü günün adamı” tammetrajlı bədii filmi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb.
Film Qarabağ mövzusundadır. Uzunmüddətli cəzaya məhkum edilmiş filmin qəhrəmanı azadlığa çıxdıqda yaxınları dünyadan köçmüş, doğma rayonu işğal edilmiş olur. Təsadüf nəticəsində tanış olduğu həmyerlisi ilə birlikdə təmas xəttini keçərək Kəlbəcərdəki kəndinə gedib çıxan qəhrəman, nəhayət, öz arzusuna çatır – ata-anasının qəbirlərini ziyarət edə bilir.
Filmin ssenari müəllifi Maqsud Qarayşa, quruluşçu rejissoru Babək Şirinsifət, quruluşçu operatoru Rafiq Quliyev, quruluşçu rəssamları Rafiq Nəsirov, Arif Niftiyev, bəstəkarı Firudin Allahverdi, icraçı prodüserləri Tərlan Babayev, Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur.
Filmdə baş rolları Hikmət Rəhimov, Rasim Cəfərov, Kamran Ağabalayev, Nicat Həbibov, Vidadi Əliyev, Mehriban Zəki, Mətanət Abbasova, Xalidə Quliyeva, Zarina Qurbanova, Məmməd Səfa və Ayşad Məmmədov canlandırıblar.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub