Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin layihəsi əsasında Mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə Mərkəzin təşkilatçılığı ilə bu həftə sonu keçirilən “Retro Bakı” konsertləri “Qarabağ” futbol klubunun qalibiyyətinə həsr olunub.
Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsindən Mynews.az-a verilən məlumata görə, Fəvvarələr Meydanında tanınmış estrada müğənniləri Rahidə Baxışova, Yaşar Yusub, əməkdar artist Ruhəngiz Allahverdiyeva, Abbas Əhməd, Çinarə Bəkirova, Dua Murad, Rauf Əhmədov, Həmidə Hüseyn, Könül Məmmədli, Aksay və Samir, Orxan Babazadə, Elvin Abbasov, Elçin İsmayılzadə, İlqar Sadıqov, Sima Qasımova, Fərhad Xəlif, Nəcəf Nəcəfzadə, Aynur Əliyeva, Səma Heydərova, Nəzrin Məsmalıyeva, Ruslan Zülfüqarov, Ani Musagi, “Səma” rəqs qrupu, “Renessans” və “İnci” qruplarının iştirakı ilə möhtəşəm konsert proqramı təqdim edilib.
Həmçinin, konsertdə Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin şəbəkəsinə daxil olan mədəniyyət evlərinin özfəaliyyət kollektivlərinin iştirakı da böyük maraqla qarşılanıb.
Müğənnilərin rəngarəng musiqi sədaları altında paytaxt sakinləri və turistlər rəqslər edib və maraqlı anlar yaşayıblar.
Konsert ərzində “Qarabağ” futbol klubunun tarixi oyunundan videogörüntülər nümayiş olunub.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub