Mynews.az xəbər verir ki, bu barədə APA-ya açıqlamasında xalq artisti, məşhur diktor Rafiq Hüseynovun xanımı Səbinə Hüseynova məlumat verib.
Onun sözlərinə görə, xalq artisti hələ də reanimasiyadadır: "Əməliyyatdan sonrakı müalicələr davam edir. Səhhətində yaxşılığa doğru irəliləyiş yoxdur. Mən ümid edirdim ki, bu gün palataya köçürüləcək, amma həkimlər dedi ki, hələlik bu mümkün deyil. Həkimlərin sözlərinə görə, əməliyyatdan sonra bu cür hallar gözləniləndir".
Həyat yoldaşı əlavə edib ki, diktorun nitqində də problem yaranıb: "Danışmağa halı yoxdur, sanki yuxudadır. Mən söhbət etmək istəyirəm, amma o elə öz dediyini deyir. Xəstəxanada qalmaq istəmir, darıxır. Yemək də yemir. Avqustun 30-dan kateterlə qidalanır. Eyni zamanda oksigen maskasından da istifadə olunur".
Qeyd edək ki, R.Hüseynov ağciyər xərçəngindən əziyyət çəkir. O, Türkiyədə əməliyyat olunub
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub