"Bu gün Rafiq Hüseynovun səhhəti yenidən pisləşdi”.
Mynews.az xəbər verir ki, bunu lent.az-a açıqlamasında xalq artisti, diktor Rafiq Hüseynovun xanımı Səbinə Hüseynova deyib. O bildirib ki, həyat yoldaşının vəziyyəti yaxşılaşmaq bilmir:
“Rafiq bəy bir neçə gün idi ki, reanimasiyaya yerləşdirilmişdi. Bir az özünə gələndən sonra həkimlər onu palataya çıxartdı. Amma yenidən səhhəti ağırlaşdı. Həkimlər dedilər ki, əlimizdən gələni etmişik. Amma nəticəni gözləmək lazımdı. Ümidimiz Allahadır. Gözləyirik”.
S.Hüseynova onu da əlavə etdi ki, R.Hüseynov danışa bilmir:
“Danışa bilmir. Yəni o halda deyil ki, nəsə deyə bilsin”.
Qeyd edək ki, ağciyər xərçəngindən əziyyət çəkən R.Hüseynov Türkiyədə əməliyyat olunub.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub