Fotoqraf Eltac Zeynalovun “ƏSA” teatrında həyata keçirdiyi fotolayihə beynəlxalq arenada kifayət qədər məşhur olan İspaniyanın “Dodho” fotoqrafiya jurnalında dərc olunub.
Mynews.az AZƏRTAC-a istinadla xəbər verir ki, əlilliyi olan insanların problemlərini qabartmaq, onların yaşam mübarizəsini işıqlandırmaq məqsədi daşıyan layihənin ilk qəhrəmanı teatrın aktyoru Elvin Mirzəyevolub.
Jurnalda “Kristal adam” kimi təqdim edilən Elvin Mirzəyev natamam osteogenez xəstəliyindən əziyyət çəkir. Uşaqlıq dövründən müxtəlif çətinliklərlə üzləşməsinə baxmayaraq, öz məqsədləri uğrunda mübarizə aparıb, stereotipləri qırmağa çalışıb. Onun aktyorluq sevgisi fiziki məhdudiyyətinə qalib gəlib. Hazırda o, “ƏSA” teatrında baş tutan tamaşalarda uğurlu çıxış edir və özünü aktyor kimi daim inkişaf etdirməyə çalışır.
Fotolayihənin müəllifi Eltac Zeynalov, çətinliklərə baxmayaraq, əlilliyi olan insanların bu dünyadan imtina etməyəcəyini, bu dünyanın hamımız üçün olduğunu və əlilliyi olan insanların da bu dünyada yaşamağa, azad olmağa, həyatdan zövq almağa layiq olduqlarını bildirib.
Fotoqrafın sözlərinə görə, fotolayihə davamlı şəkildə həyata keçiriləcək.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub