Yer üzündə hər keçən gün müharibələr artmaqda, davam etməkdədir. Bu savaşlarda minlərlə insan müxtəlif cür qurban gedir. Kimi müharibənin tam ortasında, kimi də ondan qaçmağa çalışarkən...
Uşaqlarını müharibənin caynağından qurtarmaq istəyən ailələr onları daha təhlükəsiz yerə aparmaq niyyəti ilə min bir əziyyətə qatlaşırlar. Bu köçlərin çoxu qeyri-qanuni olduğuna görə də təhlükəli yollarla həyata keçirilir.
Müharibədən qaçarkən ölən insanların sayı savaş içində ölənlərdən daha çoxdur. Kiçik Alan da onlardan biridir. 3 yaşlı Alan Kürdi ailəsi ilə birlikdə Türkiyədən Yunanıstana keçməyə çalışarkən hava botunun çevrilməsi nəticəsində dənizə düşüb və həlak olub.
Bütün dünyanın diqqətini özünə, daha doğrusu, dəniz sahilinə çıxan cansız bədəninə çəkən Alana özü də köçmən olan yazar Xalid Hüseyni hekayə həsr edib. Yazıçı bu hekayəyə "Dəniz duası" (Sea Prayer) adını verib.
Milli.Az bildirir ki bu hekayənin motivləri əsasında film də çəkilib.
Hazırda ABŞ-da yaşayan əfqanıstanlı mühacir yazıçı Alanın sahildəki cansız bədənini gördüyü andakı duyğularını belə ifadə edib:
"Fotonu gördüyüm an ilk ağlıma gələn bir uşağı yetişdirmək üçün sərf edilən və gözə görünməyən, diqqətə alınmayan əməklər oldu. Bütün o narahatlıqlar, qayğılar...
Uşaqlarımız yaxşı olsunlar deyə narahatlıqlar keçiririk, onlarla maraqlanırıq və onlara verdiyimiz bütün sevginin, şəfqətin nəticəsində onun qumsaldakı cansız halını görürük..." (publika.az)
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub