Azərbaycanda teatr direktorunun arvadı teatrda dava saldı MARAQLI SƏBƏBLƏR

828
Azərbaycanda teatr direktorunun arvadı teatrda dava saldı MARAQLI SƏBƏBLƏR

İrəvan Dövlət Azərbaycan Dram Teatrında bəzi aktyorları ilə direktor İftixar Piriyev arasında baş verən narazılıqlar və narazılıqların səbəbləri barədə ikinci yazını təqdim edirik.

Mynews.az xəbər verir ki, ölkə.az-ın əldə etdiyi məlumata görə, teatrda quruluş verilən bəzi tamaşalar üçün geyimlər tikilmir. Bəzən isə aktyorlar məcbur olub öz geyimlərindən istifadə edirlər:

""Molla Nəsrəddin" tamaşası quruldu, tamaşa birbaşa oynanıldı. Amma tamaşa üçün bir dənə də olsun paltar tikilmədi. Söhbət iki il əvvəldən gedir. Direktor deyir ki, teatrda pul yoxdur. Amma teatra girişdə böyük bir zal var. Oranı idman zalı kimi icarəyə verib.

Eşitdiyimizə görə 1200-dən çox icarə haqqı alır. "Prado"da gəzə bilir, tamaşaya paltar tikdirə bilmir?"

Aktyorlar bildirirlər ki, teatrda onların qrim otağı belə yoxdur:

"Aktyorların oturmağa otağı yoxdur. Amma bunun bir otağı var ki gəl görəsən. Aktyorlar mühafizənin otağında otururlar. Qrim elədiyimiz otaq toyuq hininə oxşayır. Ancaq öz otağı geniş və şəraitlidir. Qışda kabinetinin pəncərəsinə "klyonka" vurdururdu. Aktyorlar səbəbi soruşanda dedi ki, ə, otaq soyuqdur da. Bəs biz nə edək? Bizə deyir ki, siz də öz otağınıza "klyonka" vurun da. Biz ustayıq, yoxsa aktyor? 2011-ci ildə qış çox soyuq keçdi. Aktyorlar belə qərara gəldik ki, maaşımızdan pul qoyub qızdırıcı alaq. Bu barədə İftixar Piriyevə bildirəndə, əsəbləşdi ki, siz kimsiniz bura nəsə alırsınız? Amma özü bir dəfə məşqimizi izləyirdi. Aktyorlar soyuqda məşq edirdi. Dedi ki, siz burada necə məşq edirsiniz? Özü üçün 2-3 elektrik qızdırıcısı gətirtdi. Yenə də soyuğa dözə bilməyib, kabinetinə getdi".

Teatrda aktyorları narazı salan digər məqam qastrollara gedərkən verilən sutkalıqları ala bilməmələridir:

"Teatr Türkiyəyə pullu qastrola gedir. Hanı o pullar? Aktyor 23 gün qastrolda olub, gətirib hərəsinə 50 dollar pul verib. Söhbət 2012-ci ildən gedir. Piriyevin Səkkizinci Kilometrdəki maşın bazarında 3-4 obyekti var, qardaşı işlədir. "Baksol"da tamaşa oynadığımıza görə icra başçısından, bələdiyyə sədrindən torpaq aldı. İndi orada beş ev tikib, sata bilmir. Maştağada da camaatın torpağına girib, çıxmır. Hazırda iş məhkəmədədir. Axı bizim belə imkanımız yoxdur, teatrı təmir edək, özümüzə otağ ayırtdıraq. Əvvəl soyuq olanda gedib truppa müdirinin otağına sığınırdıq. İndi teatra Pərvanə adlı truppa müdiri (yeri gəlmişkən, artıq həmin şəxs sentyabrın 7-də işdən çıxarılıb-red.) gətirib. Otağı bağlayır, heç kimi içəri buraxmır. Aktyorlar da dəhlizdə oturur. Təsəvvür edin ki, aktyorlar əllərini yumağa su tapmırlar, amma bu adamın otağının yanında şəxsi tualeti var və heç kim ora buraxılmır".

Yeri gəlmişkən, Milli Elmlər Akademiyasının əməkdaşı, ədəbi hissə müdiri Nərminə Ağayeva da İftixar Piriyevə yaxın şəxslərdən hesab edilir. Hətta münasibətlər o qədər səmimidir ki, Piriyev sirlərini belə Ağayevaya etibar etməkdən çəkinmir. Bu arada bir faktı qeyd etmək yerinə düşər. Təxminən üç il əvvəl İ.Piriyevin həyat yoldaşı, aktrisa Elnarə Heydərova Piriyevlə Ağayevanın dostluğuna şübhəylə yanaşır və nəticədə böyük qalmaqal yaşanır. Heydərova həyat yoldaşının kabinetinə gələrək onunla dalaşır, hətta nalayiq ifadələr səsləndirməkdən belə çəkinmir. Şahidlər bildirirlər ki, səs-küyə qonşuluqda yerləşən Binəqədi bələdiyyəsinin əməkdaşları da gəliblərmiş:

"İçəridə qırğın düşdü. Söyüşün biri bir qəpik idi. Elnarə Heydərova Nərminə Ağayevanı da gözlədi. Amma o gəlib çıxmadı və yalnız Elnarə Heydərova çıxıb gedəndən on dəqiqə sonra gəldi. O cür söyüşlərdən, təhqirlərdən sonra düşündük ki, Piriyev ən azı bir həftə kabinetdən bayıra çıxmayacaq. Səhəri gün elə davrandı ki, guya heç nə olmayıb".

Solmaz Məmmədova adlı aktrisanın teatrdan ayrılması isə sözün əsl mənasında tamaşa kimi baş verib. Aktyorların dediklərindən:

"Cəlilabadda qastrolda idik. İftixar Piriyev Solmaz Məmmədovaya qarşı kobud davrandı. İnsanların gözü qarşısında aktrisayla direktor dalaşdı. Bir-birinə şərəfsiz, bədbəxt kimi ifadələr səsləndirdilər. O hadisədən sonra Solmaz ərizəsini yazıb işdən çıxdı".

Bildirilir ki, Piriyev bəzən aktyorları fəhlə əvəzinə işlətməkdən də çəkinmir:

"Molla Nəsrəddin" tamaşasının məşqində quruluş hissə müdiri Xəqani Əliyev dedi ki, İftixar müəllim deyir, teatra kitablar gəlib, onu daşımaq lazımdır. Halbuki o məşqi heç nazir də saxlaya bilməz, ixtiyarı yoxdur. Hidayət Orucovun qalın-qalın kitablarını uşaqlara daşıtdırdı ədəbi hissə müdirinin otağına. Bu, 2015-ci ilin söhbətidir. Sonradan aktyorlar başqa bir otaqda otururduq. Ora da Hidayət Orucovun kitablarını yığdırdı, biz qaldıq dəhlizdə".

İftixar Piriyev ondan narazılığını dilə gətirən aktyorları çəkilişlərə buraxmamaqla hədələyir:

"Aktyorun çörəkpulu çəkilişdən çıxır. Deyir ki, hamı saat 10-da gəlib qol çəkməlidir. Axı birimiz Sumqayıtdan, birimiz Maştağadan, o birimiz başqa uzaq qəsəbədən gəlirik. Kimə lazımdır bu? Avqustun əvvəlində iclasda deyib ki, hər gün səhər saat 10-da işdə olsun, qol çəksin, saat 6-ya qədər otursun, sonra qol çəkib getsin. Deyirik ki, bu, qeyri-qanunidir axı. Yaradıcı insana belə davranmazlar. Deyir, nazirliyin tapşırığıdır, Əmək Müfəttişliyindən gəlmişdilər. Nərminə Ağayeva deyib ki, akademiyada belədir. Deyirik ki, sən bizdə də işləyirsən, akademiyada da, bəs bura işə necə gəlirsən? Deyir, İftixar müəllim mənə icazə verib. Ştatda 75 nəfər işçi var. Bunun hamısı səhər 10-da gəlib, axşam 6-da işdən çıxacaqmı? Yaradıcı insanla belə davranarlarmı, belə qisas alarlarmı?

Dünən Eldəniz Zeynalovun oğlu Məmməd Zeynalovun Piriyev tərəfindən işdən çıxarılamsıyla bağlı xəbər vermişdik. Ola bilər ki, Piriyev Zeynalova həmin xəbəri təkzib elətdirər. Ancaq indi ortaya qoyacağımız faktı təkzib etmək mümkünsüzdür. Belə ki, Piriyev Zeynalovun işdən çıxarılması haqda göstərişi obaş mühasib Şahnaz Fərəcovaya verir. Fərəcova isə direktora bildirir ki, Məmmədin maddi durumu ürəkaçan deyil, yaxın vaxtlarda ata olacaq. Fərəcovanın onun "sözündən çıxdığını" görən direktor xanım əməkdaşı təhqir etməkdən belə çəkinmir. İş o yerə çatır ki, Ş.Fərəcovanın halı pisləşir, üstünə təcili tibbi yardım çağırılır. Həmin hadisədən sonra teatrda iclas keçirilir və aktyorlara xəbərdarlıq edilir ki, bundan sonra hər kəs səhər işə gəlib, axşam işdən çıxacaq.

 

Xəbər lenti