Xəbər verdiyimiz kimi, Əməkdar artist Cabir Abdullayev Azərbaycan Milli Konservatoriyasındakı işindən uzaqlaşdırılmışdı.
Mynews.azz-ın Axşam.az-a istinadla məlumatına görə, xanəndə iki gün əvvəl yenidən müəllimlik fəaliyətinə qayıdıb.
C.Abdullayev əməkdaşımızla söhbətində xəbəri təsdiqləyib. O bildirib ki, bu gündən işə başlayır: “Dərslərdə bölgülər var idi, burada çətinlik yaranmışdı və işimdən uzaqlaşdırılmışdım. Sonra bu problem aradan qaldırılıb, dərslər normal qaydada bölünüb. Sağ olsunlar, yenidən işimə qaytardılar. Arada anlaşılmazlıq olmuşdu. İndi hər şey yolundadır, əvvəlki kimi işimdəyəm. Həftənin cümə günü geri qaytarılmağımdan xəbərim oldu. Bu gündən işimə başlayıram.
Media da bu hadisədə yanımda oldu. Çox sağ olsunlar ki, məni diqqətdə saxladılar. Hamı mediadan şikayətlənir, amma mən onlardan dəstək gördüm. Ölkənin sənət adamlarına qarşı çox diqqətlidirlər”.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub