Bu gün Azərbaycan Milli Konservatoriyasında (AMK) Azərbaycan Respublikası Təhsil Nazirliyi və AMK-nın birgə təşkilatçılığı ilə “Qloballaşan dünyada musiqi ənənələri” mövzusunda beynəlxalq elmi konfransın açılış mərasimi olub.
Mynews.az xəbər verir ki, tədbirdə AMK-nın tələbə xoru, Əməkdar artistlərTəyyar Bayramov və Bəyimxanım Vəliyevanın ifasında “Leyli və Məcnun” operasından “Şəbi-hicran yanar canım” səslənib.
Konfrans rektor Siyavuş Kəriminin üç dildə (Azərbaycan, rus, ingilis) çıxışı ilə açıq elan edilib. Daha sonra konservatoriyanın prorektoru, professor Lalə Hüseynova məruzəsinə başlayıb.
Tədbirdə Türkiyə, Rusiya, ABŞ, Yaponiya, Özbəkistan və Qazaxıstandan olan etno-musiqişünaslar, musiqi tədrisi üzrə mütəxəsislər, professorlar, həmçinin bir sıra beynəlxalq ekspertlərin iştirakı və məruzə ilə çıxışı baş tutub. Eyni zamanda, yerli və xarici musiqiçilərin konsert proqramı təqdim olunub.
Konfrans sabah da davam edəcək.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub