Azərbaycanın xalq artisti, tanınmış aktyor Fuad Poladov hazırda ev şəraitində müalicəsini davam etdirir.
Mynews.az xəbər verir ki, bu barədə Modern.az-a danışan aktyor bir müddət əvvəl müalicə aldığı Milli Onkologiya Mərkəzindən çıxdığını qeyd edib:
“Evdəyəm, müalicə alıram. Amma iynə-dərmanın heç bir xeyri yoxdur, özümdə bir irəliləyiş hiss etmirəm. Yanvar ayından bura səsim batıb, heç nə kömək etmir”.
Çox çətinliklə danışan F.Poladov həmkarlarının ona tez-tez baş çəkdiyini bildirib:
“Zəng edirlər, gəlirlər. Amma onların adını çəkmək istəmirəm. Çünki sonra onlara problem olar. İşdən çıxararlar. Həmkarlarımı çətin vəziyyətdə qoymaq istəmirəm”.
Qırtlaq xərçəngindən əziyyət çəkən aktyor yeni mövsümdən etibarən səhnəyə çıxmır.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub