Fəlsəfə elmlər doktoru, professor, əməkdar elm xadimi Camal Mustafayev vəfat edib.
Məlumat görə, o, 89 yaşında dünyasını dəyişib.
C.Mustafayev doğulduğu Gürcüstanın Qardabani rayonunun Kosalı kəndində dəfn olunacaq.
Qeyd edək ki, C.Mustafayev 1928-ci ildə Qarayazının (indiki Qardabani) Kosalı kəndində anadan olub. Orta təhsilini 1935-1944-cü illərdə Kosalı kənd orta məktəbində alıb. Sonra Tbilisi də ikiillik Müəllimlər İnstitutunda oxuyub. 1946-1948-ci illərdə Kosalı kəndində müəllim işləyib. 1948-ci ildə Azərbaycan Dövlət Universitetinin fəlsəfə şöbəsinə daxil olub. 1949-cu ildə Moskva Dövlət Universitetinə keçirilib və oranı 1952-ci ildə bitirib. İki il Qarayazı rayonunda məktəb direktoru işləyib.
1957-1968-ci illərdə C. Mustafayev AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunda kiçik elmi işçi, elmi işçi və baş elmi işçi vəzifələrində işləyib.
1968-ci ildə o, Azərbaycan Dövlət Universitetinin müdafiə şurasında "Nizaminin ideyalar aləmi və müasirlik" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək fəlsəfə elmləri doktoru alımlik dərəcəsinə layiq görülüb.
1968-1976-cı illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunda fəlsəfə kafedrasının müdiri işləyib. 1976-cı ildən 1999-cu ilədək Azərbaycan Dövlət Universitetinin (indiki BakıDövlət Universiteti) professoru olub. 1985-1991-ci illərdə universitetdə etika-estetika kafedrasının müdiri vəzifəsində çalışıb. 1999-cu ildən bugünədək Xəzər Universiteti Tərcümə Araşdırmalar Mərkəzinin direktoru vəzifəsində çalışıb.//Report
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub