Xəbər verdiyimiz kimi, Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının aktyoru Rəhim Rəhimov böyrək çatışmazlığından əziyyət çəkir. Heydər Əliyev Fondu aktyorun müalicə xərclərini öz üzərinə götürüb.
Mynews.az bildirir ki, Oxu.Az-ın əməkdaşı aktyorun səhhəti ilə maraqlanıb.
“Hazırda müayinə olunmağa gedirəm. Son vaxtlar səhhətimlə bağlı ciddi problemlər yaşamıram. Əvvəlki vaxtlarla müqayisədə vəziyyətim normaldır”, - deyə o söyləyib.
Aktyor yaradıcılığı barədə də danışıb. O bildirib ki, bu yaxınlarda Türkiyənin Adana şəhərindən qastrol səfərindən qayıdıb. Orada türkiyəli tamaşıçılara “Zəng” tamaşası nümayiş etdirilib.
“Ötən ayın 26-da isə xeyriyyə aksiyası keçirdik. Əldə olunan gəlir xərçəng xəstəliyindən əziyyət çəkən jurnalist Ülviyyə Həsənqızı üçün ayrılmış bank hesabına köçürüldü”, - deyə o, sözlərinə əlavə edib.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub