Xalq artisti Könül Xasıyeva Yeni il bayramından sonra Respublika Klinik Xəstəxanasının Nevrologiya şöbəsində müalicə alacaq.
Mynews.az-ın məlumatına görə, bu barədə "Report"a açıqlamasında xalq artist özü məlumat verib.
O, hazırda evdə yazılan müvəqqəti müalicəni aldığını deyib: "Hər gün yanıma tibb bacısı gəlir. Bacılarım və oğlum da yanımdadır. Heç istəmirəm oğlum məni belə görsün, bu ona pis təsir edir. Sinəm göynəyir, qollarımda, əllərimdə, ayaqlarımda uyuşma var. Qulağıma ağlaşma, nalayiq sözlər kimi qəribə səslər gəlir. Əvvəl elə bildim infarkt oluram, 2 dəfə təcili yardım çağırdım. Dedilər ürəyimdə ciddi bir problem yoxdur, sinir ağrısıdır. İndi ancaq sakitləşdirici iynələr vururlar. Günün çox hissəsində məni yatızdırırlar".
Xalq artisti uzun müddətdir fəaliyyət göstərmədiyinə görə borc götürmək məcburiyyətində qaldığını, indi isə borclarını geri ödəməkdə çətinlik çəkdiyini bildirib:
"Üç ildir ki, nə toylara, nə konsertlərə getmirəm. Övladımın və özümün xəstəliyimin müalicə xəsrclərini qarşılamaq məcburiyyətində idim. İki nəfərə borcum var. Mənə borcu dollarla vermişdilər... Borcu aldıqdan sonra isə dollar qalxdı. Sağlamlığıma qovuşduqdan sonra yenə konsertlər verib, toylara gedib borclarımı qaytararam. Əsas sağlamlığımdır".
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub