Minlərlə insan ayaqüstə alqışladı
Kino aləminin ən nüfuzlu mükafatı olan "Oskar" gecəsində Quran ayəsi səsləndi. İstiPress-in məlumatına görə, "The White Helmets" (Ağ dəbilqə) adlanan film Suriyada çox sayda insanın həyatının xilas edilməsindən bəhs edir. Ekran işi "ən yaxşı qısametrajlı sənədli film" nominasiyasında mükafat alıb.
Mərasimə rejissorun oxuduğu Quran ayəsi damğa vurub.
Orlando vin Einsedel heykəlini aldıqdan sonra Quranın Maidə surəsindən ayəti oxuyub - "Bir həyatı qurtaran bütün bəşəriyyəti xilas etmiş olur". Daha sonra o qonaqlarlardan ayağa qalxaraq Suriya savaşının bitməsi üçün alqışlarla dəstək istəyib. Salona toplaşan minlərlə insanın alqış səsləri ilə qulaq batırıb.
Filmdə Suriyadakı mülki müdafiə könüllülərinin hekayəsindən bəhs edilir. Lakin Donald Tramp 7 müsəlman ölkəyə viza qadağası tətbiq etdiyi üçün bəzi heyət üzvləri ABŞ-a gedə bilməyiblər. Operator Halid Hatibin də İstanbuldan Los Ancelesə gedən təyyarəyə minməsinə imkan verilməmişdi.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub