Mynews.az Trend-ə istinadən xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin sədri, yazıçı Anar, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə və digər şəxslər ölkə Prezidentinin Azərbaycanın inkişafında gördüyü işlərdən danışıblar. Bildirilib ki, dövlət başçısının rəhbərliyi dövründə Azərbaycan incəsənəti, mədəniyyəti yüksək inkişaf edib, yaradıcı adamlara lazımi qiymət verilib. Dövlət başçısının Azərbaycan mədəniyyətinə verdiyi töhfə nəticəsində yaradıcılıq sahəsində bir çox uğurlar əldə olunub.
Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan yaradıcılıq, idman və incəsənət mərkəzinə çevrilib: "Azərbaycanda əmin-amanlıq, sabitlik hökm sürür. Ölkədə bütün sahələrdə, o cümlədən, mədəniyyət və incəsənət sahəsində inkişaf davam edir. Bu inkişaf İlham Əliyevin yürütdüyü siyasətin nəticəsidir".
Azərbaycan Teatr Xadimləri İttifaqının sədri Azərpaşa Nemətov bildirib ki, Prezident İlham Əliyevin səyləri nəticəsində Azərbaycan iqtisadiyyatı, mədəniyyəti, ordusu inkişaf edib: "Azərbaycanda teatr binalarının təmir edilməsi, "Teatr haqqında" qanunun qəbulu da incəsənətin inkişafından xəbər verir".
Tədbirin sonunda yaradıcı ittifaqların bəyanatı qəbul edilib. Bəyanatda bildirilib ki, yığıncaq iştirakçıları aprelin 12-də keçiriləcək prezident seçkilərində Prezident İlham Əliyevin namizədliyini dəstəkləyir və ona yekdilliklə səs cerəcəklər.
Bəyanat ittifaq sədrləri tərəfindən imzalanıb.
1
Dron məktəbin yaxınlığına belə düşüb - Həmin anın videosu
1423 dəfə oxunub
2
Naxçıvan Hava Limanı vuruldu - VİDEO
1418 dəfə oxunub
3
Heç bir məktəbə ziyan dəyməyib - RƏSMİ
1386 dəfə oxunub
4
İrandan Türkiyəyə atılan raketlə bağlı AÇIQLAMA
1381 dəfə oxunub
5
İran Naxçıvana 4 dron yönləndirib - MN
1377 dəfə oxunub