"Savalan" qrupunun bədii rəhbəri, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının aktyoru, ilahi mahnıların mahir ifaçısı Novruz Novruzlu "Hicaz" qrupu ilə birgə "Uzun incə bir yoldayam" adlı solo konsert verəcək.
Mynews.az-ın məlumatına görə, ifaçı gecə boyu türk, rus, italyan, bəstəkar və ilahi mahnılar oxuyacaq. İfaçı hər kəsi unudulmaz gecəyə dəvət edir.
Konsert Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında, mart ayının 18-də, saat 19:00-da baş tutacaq.
Konsertin biletlərini Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrından, şəhərin kassalarından və ASAN xidmətdən əldə edə bilərsiniz.
Qeyd edək ki, konsertin informasiya dəstəyi "Səs İnformasiya Agentliyi"nə və "Kaspi" qəzetinə məxsusdur.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub