Bu gün görkəmli Azərbaycan şairi, ağır mühacirət həyatı yaşamış Almas İldırımın doğum günüdür.
Mynews.az Kulis.az-a istinadla şairin "Əsir Azərbaycanım" şeirini təqdim edir.
Hanı məni gül qoynunda doğuran,
Xamırımı göz yaşıyla yoğuran,
Beşiyimdə "layla balam!" çağıran
Azərbaycan, mənim baxtsız anam oy!...
Neçə ildir həsrətində yannam oy!..
Salam desəm, rüzgar alıb götürsə,
Ağrı dağdan Alagözə ötürsə,
Gur səsimi göy Xəzərə yetirsə,
Xəzər coşub zəncirini qırsa oy!..
Hökm etsə, bu sərsəm gediş dursa oy!..
Xəbər alsam Muğanımdan, Milimdən,
Nazlı Bakım, o neft qoxan gülümdən,
Kim demiş ki, düşmüş adı dilimdən?!
Azərbaycan, mənim eşsiz yurdum oy!...
Ölməz eşqim, içimdəki dərdim oy!..
Könlümə tək Kəbə yapdım səni mən,
Sənsiz neylim qürbət eldə günü mən,
Sənsiz neylim Allahı mən, dini mən,
Azərbaycan, mənim tacım, taxtım oy!...
Oyanmazmı kor olası baxtım oy?!
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub