“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyəti geniş işıqlandırılıb - FOTOLAR

804
“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyəti geniş işıqlandırılıb - FOTOLAR
Sənətşünaslıq və tarix ixtisasları üzrə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının elmi nəşrləri sırasında olan jurnalda sənətşünaslıq, tarix, ayrı-ayrı xalq tətbiqi sahələrini əhatə edən müəllif yazıları, reportajlar, elmi məqalələr, maraqlı tərcümə materialları yer alıb. Mynews.az-ın məlumatına görə, jurnalda “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyəti geniş işıqlandırılıb. Cəmiyyətin Füzuli filialının açılı haqqında rəsmi xronika, regionlarda təşkil olunan xalçaçılıq üzrə tədris-hazırlıq kursları haqqında məlumat, həmçinin Əməkdar jurnalist Ləman Əliəşrəfqızının Filialın fəaliyyətindən bəhs edən “Güllə səsi hana səsinə qarışan Horadiz” adlı reportaj yazısı təqdim edilib.
 
E.Nadiradze və N.Axalkatsinin (Gürcüstan) “Gürcüstan Milli Muzeyində Azərbaycan xalçaları”, M.Aksoyun (Türkiyə) “Türk və fars halı-kilimlerinin temel özelliği”, N.Musalının “Səfəvilər dövründə Ərdəbildə xəttatlıq və kitab sənəti”, P.Panavolinin (Kanada) “Xovlu Şahsevən xalçası”, O.Məmmədovun “Baharlıların tarixi keçmişi və bu günü”, L.Əliəşrəfqızının “Şeyx Babı Yəqub türbəsi və yaxud kitabdan yox, kitabədən tanıdığımız adam”, X.Əsədovanın “80 illik ənənə”, N.Polosmakın (Rusiya) “Yundan toxunmuş tarix” və s. kimi müxtəlif mövzularda məqalələr dərc olunub.
 
Jurnalın baş redaktoru əməkdar incəsənət xadimi, tarix üzrə fəlsəfə doktoru, professor Vidadi Muradovdur.       
 

Xəbər lenti