Aktyor Faiq Qasımov dünyasını dəyişib

837
Aktyor Faiq Qasımov dünyasını dəyişib
Gəncə Dövlət Dram Teatrının aktyoru Faiq Qasımov dünyasını dəyişib. Mynews.az-ın məlumatına görə, aktyorun 68 yaşı var idi. O, gecə yatıb və ayılmayıb.
 
Qeyd edək ki, F.Qasımov 25 avqust 1948-ci ildə dünyaya gəlib. O, Cəfər Cabbarlının “Almaz” və “Aydın”, Altay Məmmədovun  “Kişilər” və “Ulduzlar görüşəndə”, Sabit Rəhmanın (“Nişanlı qız”, “Xoşbəxtlər” və “Küləklər”, Mirzə Fətəli Axundzadənin “Hacı Qara”, Əbdürrəhim bəy Haqverdiyevin “Bəxtsiz cavan”, Vilyam Şekspirin kimi “Otello” və “III Riçard” kimi tamaşalarda rol alıb. 
 
Əməkdar artist Teatr Xadimlər İttifaqının üzvü, “Qızıl Dərviş” mükafatı laureatı adına layiq görülüb.
 
Mərhumla vida mərasimi sabah saat 11:00-dan 14:00-dək Gəncə Dövlət Dram Teatrının binasında olacaq. O, Gəncədəki Fəxri xiyabanda dəfn ediləcək.
 
Allah rəhmət eləsin!

Xəbər lenti