Bu gün saytlarda xalq artisti Könül Xasıyevanın ölüm xəbərinin yayımasına münasibətimi oxucularımızla paylaşmaq istədim
Aktiv cəmiyyətdən uzaqlaşmışam. Otaqda bir kompüterdi, bir də özüm. İşlədiyim kollektivin əməkdaçlarını çıxsaq insanlarla çox az münasibət qururam.
Onlarla da elə-belə, işə aid, yaxud kiminləsə də danışmaq xatirinə söhbət edirəm. Yəni ciddi məqamlardan uzaq, qayğılı sosial yönümlü dərdləşmələr olmur. Uzun danışmağada ehtiyac olmur. Onsuzda hamı 3-4 cümlə ilə bir-birini başa düşür qarşıdakının necə yaşadığını, necə nəfəs aldığını, ətrafa necə münasibət bəslədiyini dərk edirsən. Zatən bütün bunlar insanların gözlərindən oxunur.
O günü həmkarlarımdan biri (bağışlasın adını dəqiq yadımda saxlaya bilmədim) gözəl bir fikir yazmışdı. Çox xoşuma gəldi. Yazır ki, “bu gün dost-tanışla salamlaşıb, necəsən soruşanda, yaxşıyam cavabını eşidirsən. Amma gözlərindən hiss edirsən ki, heç də yaxşı deyil”. Doğurdan da qəribə millətik. Kimi dindirirsən yaxşıyam deyir. Əslində bu halımıza obyektiv qiymət verməmyimizin əlamətidir. Hətta ən yaxını övladı, ata-ansı rəhmətə gedən birisindən necəsən soruşanda deyir ki, belə də yaxşıyam. Ta demir ki, ay kişi, ay bacı içim qan ağlayır. Bilmirəm bu bizdə özünü sındırmamağın, mərd olmağa, başını dik tutmağa işarədir, yoxsa gönü qalınlığın. Haşıyyəm uzun oldu. Keçək, sən hələ ölməyibsən sualına?
Dedim ha aktiv cəmiyyətdən uzaqlaşmışam. Yəni bir başa təmasım, söz-söhbətim yoxdur. Amma sosial şəbəkələr, xəbər saytları vasitəsilə demək olar ki, hər kəslə virtual ünsiyyətim var. Oxuyuram. Başa düşməyə, təbliğatın, tərifin, tənqidin yeni üsullarını anlamağa çalışıram. Və… 3-4 mərtəbəli söyüşlərin yeni ədəbi cəryana çevrildiyinin, təriflərin antibakterial sabunla yağlandığının, tənqidlərin üzürxahlıqla müşahidə olunduğunun şahidi oluram. Ən acınacaqlısı isə yeni oxucu kütləsi cəlb etmək üçün tətbiq olunan yasin surəsi sədaları altında dirini basdırmaq taktikasıdır. Öləni öldüyünə görə yazmırlar ki, oxuyan olmayacaq. Amma dirini bir balaca xəstələnən kimi o dəqiqə tirajlayırlar ki, öldü, 2 gündən sonra da 3 mərasimidür. Hələ, bir qədər uzağa gedib üstündən hallalıq da istəyirlər. Yazıq diri də ölməyibsə, fikirləşir ki, ta əksər mətbuat onu basdırıbsa, ayıbdır camaat qarşısına çıxmaq. Yoxsa hər gördüyü adam ona “sən bəs ölməyibsən” sualını versə, onda gərək doğurdan da nəsə yol tapıb o dünyalıq olsun.
Belə də xəbərçilik olar. Söyüş “priyom”unu təqribi anlamaq olar. Bu tərbiyə ilə bağlı bir “folklor” nümunəsidir. Təriflə antibakterial sabunuda anlamaq olar. Bu da cəmiyyətimizin yaratdığı dolanma üsuludur. Tənqidin üzürxahlıqla müşahidə edilməsidə anlaşılandır. Qorxu, lazım bilsə həmən yazdığım cümlələri köklü redaktə edər. Amma diri ikən öldürüb ehsan vermək, bunu anlamadım.
Niyə bu qədər fikrimi uzun-uzadı demək istədim? Haqlısız, soruşa bilərsiniz ki, mus0mus deyincə, mətləbə keç,sözünü de, hədəfini göstər. Hədəfim bu gün xalq artisti Könül Xasıyevanın ölüm xəbərini yayanlardır. Hamınız bilirsiniz ki, gözəl müğənnidir, xalq mahnıları ifa edir, başqaları kimi söyüş söyüb, soyunub ad çıxartmayıb. Halal səsinə güvənib, sevilib. Onu da bilirsiniz ki, xəstədir. Bu cür iyrənc xəbər yaymaqla əlinizə nə keçdi. Hə bir dəfə mən, iki dəfə digəri açıb xəbərinizi oxudu və sizin oxu sayınız 50 nəfər artdı. Bəs düşünmürsünüz ki, xəstə bir adam, yəni Könül xanım da bu xəbəri oxuyur. Reaksiyası necə olar, hiss etmirsiniz? Hələ utanmaz-utanmaz özünə də zəng vurursunuz ki, Könül xanım sən hələ ölməyibsən? Həyassızlığın son həddi.
Nə bilim? Sonrada deyirlər mətbuatdan niyə uzaqlaşıbsan.
Şöhrət ƏLİ